2020-10-15 14:06
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa RPŞ əməkdaşları market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. Rayon İcra Hakimiyyətinin əməkdaşlarının da iştirak etdikləri tədbirlərdə tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Dövlət Yol Polis Bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Reyd zamanı sanitar-karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.
Nərgiz Camal