Ağstafada reyd keçirilib, neqativ hallar aşkarlanıb
2020-08-20 14:06
Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejimi qaydalarının pozulması faktı aşkarlanıb. Polis əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüblər. Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkar edilib. Qayda pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə ediliblər.
Nərgiz Camal