Ağstafada qəbiristanlıq yaxınlığında silah-sursat tapılıb
Ağstafanın Eynallı kəndi ərazisindəki qəbiristanlığın yaxınlığında silah-sursat tapılıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman oradan 5 ədəd müxtəlif markalı və kalibrli ov tüfəngləri aşkarlanıb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Nərgiz Camalzadə