Ağstafada polis vətəndaşları maarifləndirir
2020-06-22 12:04
Sərt karantin rejimi tətbiq edilməyən Ağstafada, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Rayon polis şöbəsinin əməkdaşları ictimai və şəxsi nəqliyyat vasitəsinin sürücüləri və sakinlərlə təbliğat xarakterli söhbətlər edir. Sosial məsafənin qorunması və tibbi maskalardan istifadə ilə bağlı yoxlamalar aparılır, sakinlərə tibbi maskalar paylanılır.
Vəfa Şairova