Ağstafada karantin rejimini pozanlar tutuldu
2020-07-14 18:09
Polisin həyata keçirdiyi əməliyyat nəticəsində qanunsuz fəaliyyətlə məşğul olan Ağstafa rayon sakini Pərvin Tatarov və onun həmyerlisi MMC-nin rəhbəri Elkin Xasməmmədov tutulub. Elkin Xasməmmədov pul müqabilində təsisçisi olduğu şirkətin adından Pərvin Tatarovun paytaxta gətirdiyi sərnişinləri icazə portalından qanunsuz olaraq qeydiyyatdan keçirib. Bununla da hər iki şəxs xüsusi karantin qaydalarını pozublar. Pərvin Tatarov və Elkin Xasməmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nərgiz Camal