Canlı
Ağstafada kafedə dava düşüb

Ağstafada kafelərin birində dava olub. Rayonun Pirli kənd sakini, 25 yaşlı Teyyub Qurbanzadə ilə Eynallı kənd sakini, 30 yaşlı Rövşən Abdullayev arasında mübahisə düşüb. Nəticədə onlar əlbəyaxa olublar və hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Fakt araşdırılır.

Vəfa Şairova