Ağstafada güclü sel körpünü dağıdıb
2020-05-11 12:05
Ağstafa rayonunun Yuxarı Göycəli kəndində Həsən su çayının üzərində yerləşən körpünü sel aparıb. Körpüdən Köçü Əsgər və Eynallı, Yuxarı Göycəli, Tatlı, Köhnə Qışlaq və Yaradullu kəndlərinin sakinləri istifadə edirdilər. Hazırda aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.
Vəfa Şairova