Canlı
Ağstafada evdə yanğın: içərisində uşaq olan beşik yanıb

Ağstafada yanğın olub, azyaşlı xəsarət alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, rayonun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib. Nəticədə pərdə və Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.

Vəfa Şairova