Ağstafada ev yanıb
Ağstafanın Xətai kəndində 1975-ci il təvəllüdlü E.Əliyevin yaşadığı evdə yanğın baş verib. Yanğın söndürüləndən sonra 51 yaşlı ev sahibinin meyiti aşkarlanıb.İlkin ehtimala görə, ev qısaqapanma nəticəsində yanıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.Faktla bağlı araşdırma aparılır.
16 iyun 2026

