Ağstafada dəm qazı 3 bacını xəstəxanalıq etdi
Ağstafada 8, 11 və 13 yaşlı bacılar dəm qazından zəhərləniblər. Rayonun Həsənsu kənd sakinləri Nərmin, Zeynəb və Fatimə Məmmədovalar yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.