Ağstafada baş verən ağır yol qəzasında iki nəfər canından olub
2021-03-29 14:09
Bakı-Qazax magistral yolunun Ağstafanın Köçəsgər kəndindən keçən hissəsində “Mercedes-Sprinter” markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax rayon xəstəxanalarına aparılıb. Qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə faəliyyət göstərib.
Nərgiz camal