Ağstafada avtomobil 62 yaşlı kişini vurub
2020-02-03 10:05
Ağstafanın Həsənsu kəndində yolu qarşı tərəfə keçmək istəyən, 62 yaşlı Xüdayar Zeynalovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev