Ağstafada 4 tona yaxın narkotik bitki məhv edilib
2021-06-17 12:05
Polis Ağstafanın Həzi Aslanov qəsəbəsində yabanı halda bitən, çəkisi 3950 kiloqram olan, 14240 ədəd çətənə kolunu yandıraraq məhv edib. Zaqatalada isə “VAZ-2115” markalı avtomobildə sərnişin qismində əyləşən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Arif Muhumayevdən 6 kiloqram qurudulmamış marixuana götürülüb.
Vüsalə Camal