Canlı
Ağstafada 4 körpünün inşası yekunlaşıb

Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.

Vəfa Şairova