Ağstafada 3 600 illik döyüşçü məzarı aşkarlanıb
Ağstafanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan qazıntılar zamanı təxminən 3 600 il əvvələ aid kurqandan nadir silahlar tapılıb. Orta Tunc dövrünə aid məzardan diorit toppuz başlığı, tunc xəncər, obsidian və çaxmaqdaşından hazırlanmış ox ucluqları aşkarlanıb. Tapıntıların yüksək sosial və hərbi statusa malik şəxsə aid olduğu ehtimal edilir. Kurqanın yaşı radiokarbon analizləri ilə dəqiqləşdiriləcək.
14 sentyabr 2026

