Ağstafada 20 yaşlı gənc dayısı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb
2021-12-15 10:05
Ağstafa Rayon Prokurorluğu rayon ərazisində baş verən qətllə bağlı məlumat yayıb. Xəbərdə Köçəsgər kənd sakini 2001-ci il təvəllüdlü Çingiz Vəlizadənin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumatın daxil olduğu bildirilib. Araşdırmalarla Köçəsgər kənd sakini, 1998-ci il təvəllüdlü Əli Əsgərovun yaşadıqları kəndin ərazisindən keçən su kanalının yaxınlığında dayısı oğlu Çingiz Vəlizadə ilə şəxsi münasibətlər zəminində aralarına yaranan mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Əli Əsgərov tutulub.
Fərid Mehdiyev