Ağstafada üç bacı dəm qazından zəhərlənib
Ağstafanın Həsənsu kəndində yerli sakinlər olan bacılar - Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.