Ağstafa xəstəxanasının Təcili tibbi yardım şöbəsi təmirdən sonra istifadəyə verilib
TƏBİB-in məlumatına görə, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.2025-ci ilin avqustunda başlanan təmir çərçivəsində şöbə müasir tələblərə uyğun yenidən qurulub. Həmçinin pediatrik yardım, kiçik cərrahi müdaxilə və təcili doğum otaqları istifadəyə verilib.
06 may 2026

