Ağstafa Rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb
2020-06-05 12:05
Ağstafa Rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb. Elsevər Aslanovun tutduğu vəzifədən azad olunması barədə Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Sərəncama götürülən polis rəisinin yerinə hələlik təyinat olmayıb.
Vəfa Şairova