Ağstafa polisinin rəhbər heyəti işdən çıxarılıb
2020-06-11 16:03
Ağstafa Rayon Polis Şöbəsinin rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər. Polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar. Bir müddət əvvəl Ağstafa RPŞ-nin rəisi Elsevər Aslanov da tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Bu vəzifəyə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi Vüqar Xəlilov təyin edilib.
Vüsalə Camal