Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq
Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında bəzi torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq.Nazirlər Kabinetinin qərarına əsasən, torpaqlar su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna tələbatın ödənilməsi, həmçinin tikinti və hidrotexniki qurğuların inşası ilə bağlı layihələr üçün istifadə olunacaq.Torpaqların alınmasını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirəcək.
10 sentyabr 2026

