Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir
2020-11-24 10:00
Ağdam Rayon İcra Hakimiyyəti işğaldan azad olunan ərazilərdən məcburi köçkün düşən ailələrin say tərkibini müəyyənləşdirməyə başlayıb. Həmin ailələlərin evlə təmin olunması, mənzillə təmin olunmayan şəxslərin hansı ərazilərdə yerləşdirildiyi barədə dəqiqləşdirilmələr aparılır. Bununla yanaşı, həmçinin hərbi əməliyyatlar zamanı dağılan və zərər çəkən evlər və digər obyektlərin siyahısı, hadisə nəticəsində rayona dəyən ziyan da müəyyən edilir. İşğaldan azad olunan ərazilər minalardan təmizləndikdən sonra orada quruculuq işləri başlana bilər.
Vüsalə Camal