Ağdamda yol qəzası: 1 nəfər həyatını itirdi, 3 nəfər xəsarət aldı

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn, eyni markalı maşınla toqquşub. Sürücülərdən biri hadisə yerində ölüb, digər sürücü və iki sərnişin isə xəsarət alıb. Ölən və xəsarət alanların adı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova