Ağdamda vəzifəli şəxs minaya düşüb
2021-03-03 18:08
Bu gün saat 15 radələrində 54 yaşlı Hafiz Əzimzadənin Ağdam rayonunun azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə Ağdam rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluqdan bildirilir ki, Ağdamın Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Nərgiz camal