Ağdamda minik avtomobili yanıb
Ağdamda Quzanlı Xındırıstan avtomobil yolunun Eyvazlı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "Chevrolet" markalı avtomobil anidən alovlanıb. Yanğının ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma başlanıb.