Ağdamda minatəmizləyən minaya düşüb
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində ANAMA əməkdaşı - 1992-ci il təvəllüdlü Vaqif Əkbərov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.
Fərid Mehdiyev