Ağdamda məktəb yanıb
Ağdamın Ayaq Qərvənd kəndində birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 32 m² olan sinif otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Nərgiz Camalzadə