Ağdamda buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
2021-03-28 12:00
Baş Prokurorluq Ağdamda minaya düşən buldozerlə bağlı məlumat yayıb. Bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Nərgiz camal