Ağdamda 3 min hektardan çox sahə minalardan təmizlənib
2021-04-28 12:07
Ağdamın işğaldan azad edilən 3037 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hələlik Ağdamın işğaldan azad edilən əkin sahələri təmizlənir. Bu sahələrin 2200 hektarına buğda əkilib.
Nərgiz Camal