Ağdam-Xankəndi dəmir yolunda əsas tikinti işlərinin başa çatacağı vaxt məlum olub
Ağdam–Xankəndi dəmir yolu xəttində tikinti işlərinin əsas hissəsinin 2026-cı ilin dekabrında başa çatacağı gözlənilir. Layihə çərçivəsində Əsgəran və Xocalı stansiyaları, həmçinin Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası nəzərdə tutulur. Bu stansiyalar ən müasir standartlara uyğun qurularaq ölkədaxili nəqliyyat mobilliyini artıracaq.2025-ci ilin avqustundan etibarən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına başlanılıb. Hazırda sərnişinlər Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edirlər.
06 aprel 2026

