Ağdam-Xankəndi dəmir yolu xəttində tikinti işlərinin 48 faizi tamamlanıb - ADY
Ağdam-Xankəndi dəmir yolu xətti üzrə tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb.“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, 28 kilometrlik dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 90 faizi tamamlanıb.Layihə çərçivəsində Xankəndi, Əsgəran və Xocalıda üç stansiyanın, həmçinin 130 mühəndis qurğusunun inşası nəzərdə tutulub.Hazırda Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində də tikinti işləri davam etdirilir.
11 sentyabr 2026

