Ağdam və Tərtərdə 20 subartezian quyusu qazılacaq
2021-05-31 16:00
Prezident İlham Əliyev "Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,4 milyon manat ayrıb. Sərəncama əsasən, əhalisi 25 950 nəfər olan 18 yaşayış məntəqəsində 20 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub.
Fərid Mehdiyev