Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Hikmət Hacıyev
2021-06-14 10:00
Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək. Prezidentin köməkçisi Hikmət Hacıyev 120-dən çox xarici diplomatik nümayəndənin rayona səfəri zamanı onu da bildirib ki, 6 ay ərzində Ağdamda müsbətə doğru çox böyük dəyişiklik var, bərpa və yenidənqurma işləri aparılır.
Fərid Mehdiyev