Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub
2020-11-09 10:04
Düşmən tərəfin silahlı birləşmələri tərəfindən dünən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub. Saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 53 yaşlı Bədəlov Muxtar Əli oğlu xəsarət alıb. Baş Prokurorluqdan verilən məlumata görə, mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Fərid Mehdiyev