Ağdam şəhərinə ilkin mərhələdə 10 min nəfər köçürüləcək
"Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar. Laçın şəhərini gələn ilin sonunadək bərpa etməyi nəzərdə tuturuq. Bu ay Zəngilan Beynəlxalq hava limanını açmağı planlaşdırırıq”. Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib. Dövlət başçısı işğal illərində ermənilərin şəhərlərimizi, məscidlərimizi dağıtmasından da söz açıb.