Ağdam–Xankəndi dəmir yolunun tikintisinin 48 %-i başa çatıb
Ağdam–Xankəndi dəmir yolu xəttinin bərpası davam edir.“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin isə 48 faizi tamamlanıb.Ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq hazırdır. Xankəndidə Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi isə davam etdirilir.
22 sentyabr 2026

