Ağdamın işğaldan azad edilməsindən 3 il ötür
Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, Ağdam Şəhəri Günü ilk dəfədir qeyd olunur. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. 3 il öncə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Üçtərəfli bəyanata uyğun olaraq, rayon noyabrın 20-dək Azərbaycana təhvil verilib.
Nərgiz Camalzadə