Ağdamın Baş Qərvənd kəndində 1245 ev tikiləcək
Ağdamın Baş Qərvənd və Eyvazxanbəyli kəndlərinin tikintisi həyata keçirilir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, Baş Qərvənd kəndində 1245 fərdi yaşayış evi tikiləcək. 840 və 430 şagird yerlik tam orta məktəb binalarının, 4 uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və digər sahələrinin inşası nəzərdə tutulur. Paralel olaraq, su, kanalizasiya, yağış suları sisteminin, qaz, elektrik, rabitə xətlərinin tikintisi də planlaşdırılıb.

