Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb
2020-10-15 11:00
Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Saat 9 radələrində rayonun Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 51 yaşlı Şahsuvar Millət oğlu Vəliyev və 41 yaşlı Loğman Yusif oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaşayış evlərinə isə ciddi ziyan dəyib.
Vəfa Şairova