Bu gün Ağdaban qətliamının 34-cü ildönümüdür.1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlı dəstələri Kəlbəcərin Ağdaban kəndində qətliam törədib. 130 evdən ibarət kənd yandırılaraq yer üzündən silinib.Hadisə zamanı 779 nəfər dinc sakin işgəncələrə məruz qalıb, 32 nəfər qətlə yetirilib, o cümlədən yaşlılar, qadınlar və uşaqlar diri-diri yandırılıb.Faciə nəticəsində şair Ağdabanlı Qurbanın və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin əlyazmaları da məhv edilib.Ümummilli Lider Heydər Əliyev bu hadisəni bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirib.Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı paylaşım edib.Qeyd olunub ki, bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biridir.Ağdaban qurbanlarının xatirəsi dərin hüzn və ehtiramla yad edilib, şəhidlərə rəhmət dilənib.
08 aprel 2026

