Ağdaban faciəsindən 32 il ötür
Ermənilərin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində törətdikləri qətliamdan 32 il ötür. 130 evdən ibarət kənd tamamilə yandırılıb. 779 nəfər dinc sakinə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb. Faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev baş verənləri bəşəriyyətə qarşı törədilən cinayət adlandırıb.
Vüsalə Cənnətova