Ağdaşda yerləşən anbarların birindən ümumi dəyəri 4700 manat olan spirtli içkilər oğurlanıb
2021-06-25 10:11
Ağdaşda yerləşən anbarların birindən ümumi dəyəri 4700 manat olan spirtli içkilər oğurlanıb. Polis cinayəti törətməkdə şübhəli bilinən Ağdaş şəhər sakinləri, əvvəllər də bir neçə dəfə məhkum olunmuş dostlar-Səbuhi Nəbiyev və Təbriz Hüseynovu saxlayıb. Onlar oğurladıqları spirtli içkiləri satdıqlarını bildiriblər. Qalanları isə onlardan maddi sübut kimi götürülüb.
Nərgiz camal