Ağdaşda qonşusunu qətlə yetirən şəxs tutulub
Bu gecə saat 1 radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülüb. Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusuna küt alətlə xəsarətlər yetirdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanıb, Rövşən Rüstəmli şübhəli şəxs qismində tutulub.
Fərid Mehdiyev