Canlı
Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim olub

2018-08-10 / 16:03

Ağdaş şəhəri ərazisindəki qəbiristanlıqda şəhər sakini Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib. İbadov hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini təhvil verib. Onun həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Ruhəngiz Hacızadə