Ağdaşda narkotik satan, oğurluq edən doqquz nəfər saxlanılıb
Ağdaşda rayon sakini, əvvəllər məhkum olunmuş Səməd Abbasov saxlanılıb. Evindən 2 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb. Polis narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 7 nəfəri də yaxalayıb. Onlarda heroin, marixuana və metamfetamin aşkarlanıb. Bundan başqa, Pirəzə kəndində yerləşən mağazadan tütün məmulatlarını oğurlamaqda şübhəli bilinən, Kürdəmir sakini, əvvəllər məhkum olunmuş Samir Babayev da tutulub. Həmin şəxsin Ağsuda da oğurluq etdiyi müəyyən edilib.
Nərgiz Camalzadə