Ağdaşda mənzildə yanğın olub, xəsarət alan var
2020-04-21 14:05
Ağdaşın Qarağan Sədi kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin mətbəxində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 5 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Nərgiz Camal