Canlı
Ağdaşda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var

2018-03-13 / 18:02

Ağdaşın Ləki qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qarşıdan gələn yük maşını ilə toqquşmadan yayınan “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, Ləki qəsəbə sakini, 42 yaşlı Sarvan Həmidov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Fərid Mehdiyev