Canlı
Ağdaşda avtomobil iribuynuzlu heyvanı vurub

2018-11-09 / 10:01

Ağdaşda da qəza baş verib. Ləki-Pirəyir yolu ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Nəticədə Kotavan kənd sakinləri - sürücü Xəyal Şıxaliyev, atası Məhəmməd Şıxaliyev və yaxın qohumu Əfsanə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova