Ağdaşda əcnəbi evdən oğurluq edib
2021-05-18 10:11
Ağdaş şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Zərərçəkən şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edərək yaşadığı evdən özünün olmadığı müddətdə dəmir boruların, müxtəlif məişət əşyalarının oğurlandığını və ona 1500 manata yaxın maddi ziyan dəydiyini bildirib. Əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu edən zərərçəkmişin qonşusu Rahim Musayev və xarici ölkə vətəndaşı Kamran Mamedov şübhəli şəxs qismində saxlanılıb. Onların qabaqcadan oğurladıqları əşyaları müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə sataraq, əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub.
Nərgiz camal