Ağdaş sakinlərinin evlərinə qənim kəsilən oğru saxlanılıb
2021-10-15 12:09
Ağdaş polisi oktyabrın 3-də Kükəl kəndindəki evlərin birindən 3 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ərəb kənd sakinini saxlayıb. Araşdırmalarla onun sentyabrın 23-də daha bir evdən 3100 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Balakən rayonunun Kortala kəndi ərazisində isə Hənifə kənd sakini İsa Həsənov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə Qurban Kərimovu vurub. Piyada hadisə yerində ölüb.
Nərgiz camal